<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Minnətdaram Allahın adına,
 İzzət verdi hər bir övladına.
 Pak eylədi, inam verdi bizlərə,
 Şükür edək, alqış deyək, mədh edək.

[C1]
   Ruhunu bizə verdi Allah,
   Şükür edirik biz Ona.
   Yaradandır, yaşadandır,
   Alqış deyək, izzətlər deyək.

[V2]
 Gözümüzə nur ələdi Məsihim,
 Xəstə şəfa tapdı, ölü dirildi.
 Lalın dilini açdı, kora göz verdi,
 Şükür edək, alqış deyək, mədh edək.

[V3]
 Çoban oldu bizlər üçün Məsihim,
 Dərgahına çağırdı bizi O.
 Günahlardan azad etdi Məsihim,
 Şükür edək, alqış deyək, mədh edək.</lyrics>
<title>Minnətdaram Allahın adına İL72</title>
<hymn_number>72</hymn_number>
</song>